"Vüqar Həşimov Memorial-2023”: Aydın Süleymanlı rapid yarışlarının qalibi oldu
- Skaut UK
- Dec 11, 2023
- 1 min read
Updated: Dec 12, 2023
Dəyərli tərəfdaşımız Aydın "AYDIN" Süleymanlı nüfuzlu “Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid mərhələsində qalib gəlib.
AYDIN, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Arjun Eriqaisi və Yorden Van Forest kimi iddialı şahmatçılar üzərində qələbə qazanıb. Teymur Rəcəbov, Riçard Rapport və Boris Gelfand ilə heç-heçə edərək ümumi nəticədə 11 bal toplayıb.
🤝 SKAUT-da biz belə istedadla əməkdaşlığa sahib olduğumuz üçün inanılmaz dərəcədə qürur duyuruq. 🌟🏆AYDIN, bu möhtəşəm qələbə münasibətilə təbrik edirik!
Comments